Koroğlu qalası

coğ. Koroghlou galasy (la forteresse Koroghlou)

korluq
korpus
OBASTAN VİKİ
Koroğlu qalası
Koroğlu qalası (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda qala. Koroğlu qalası (Tovuz) — Azərbaycanın Tovuz rayonunda qala.
Koroğlu qalası (Gədəbəy)
Pərisuz qalası — Gədəbəy rayonunun Qalakənd ərazisində yerləşən qala. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib. Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri araslnda sıldırım qayalığın zirvəsində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır.
Koroğlu qalası (Naxçıvan)
Koroğlu qalası— Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun eyniadlı kəndi yaxınlığında 17–18 əsrlərə aid qala. == Tarixi == Arxeoloji qazıntı işləri aparılmamışdır. Yerli əhalinin məlumatına görə, mərdlik, igidlik, sədaqət, ləyaqət rəmzi olan xalq qəhrəmanı Koroğlunun adı ilə bağlıdır.
Koroğlu qalası (Tovuz)
Koroğlu qalası — Tovuz rayonu ərazisində yerləşən qalanın xarabalıqları dövrümüzə çatıb. Bu qala da Koroğlunun əsas sığınacaqlarından olub. Qala hündür təpəlik üzərində tikilb. == Ədəbiyyat == Qasımov, C. “Koroğlu qalası”nda sirli möcüzə: [Tovuz rayonunda yerləşən eyniadlı qala haqqında tarixi romanlar müəllifi Cəlaləddin Qasımovla müsahibə] /müsahibəni apardı M. İmamquliyeva //Həftə içi.- 2013.- 10 oktyabr.- S.7. Qasımov, C. “Koroğlu qalası”nın sirri: [tarixi romanlar müəllifi Cəlaləddin Qasımovla Tovuz rayonunda yerləşən eyniadlı qala haqqında müsahibə] /müsahibəni apardı Kənan //Təzadlar.- 2013.- 15 oktyabr.- S.6.
Koroğlu qalası (Şəmkir)
Koroğlu qalası — Şəmkir rayonu ərazisində yerləşən XVI-XVII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidənin dövrümüzə çatmış hissəsi möhkəm əhəngdaşından ibarət təpənin ən yüksək yerini tutur. Koroğlu qalasının divarlarının hörgüsündə yerli süngər daşından istifadə edilmişdir. Xaricdən hörgü səliqəli horizontal xəttlər üzrə aparılmışdır. Daxildən isə hörgünün səliqəli olmasına bir o qədər də fikir verilməmiş və əhəng məhlulu ilə üzlənmişdir. Hörgü zamanı da möhkəm əhəng məhlulundan istifadə edilmişdir. Çılpaq qaya üzərində ucalaq qala təmələ malik olmamaqla, üzvi şəkildə yerləşdiyi sıldırım qayanın bətninə toxunmuşdur. == Tarixi == Kiçik Qafqaz dağlarının şimal ətəkləri, diblərindən kür çayı və onun qolları polan dağ çayları keçən gözəl düzənliklərlə zəngindir. Kür vadisindən yaylağa giriş çoxlu sayda müdafiə tikililəri, qəsrlər və gözətçi qüllələri ilə zəngindir. Yaylaq ərazisində yerləşdirilmiş bu cür tikililərin inşası üçün elə yüksək ərazilər seçilmişdir ki, onların hər birindən baxarkən geniş ölçülü ətraf ərazilər, həmçinin ən yaxın ərazidə olan digər müdafiə tikililərini görmək mümkün olsun.
Koroğlu
Koroğlu — Altay , Türkiyə , Türkmənistan , Azərbaycan türklərinin əfsanələrində iştirak edən xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir çoxunun folklorunda Koroğlu obrazı (bəzi türk xalqlarının folklorunda Koroğlu) mövcuddur. == Xüsusiyyətləri == Koroğlu adlı qəhrəman türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir. Bir çox tarixçi və araşdırmaçılar "Koroğlu" eposunu Azərbaycan mədəniyyətinə aid edirlər. Alman türkoloq Karl Rayxl yazır: "Koroğlu" eposu çox güman ki, XVI əsrin sonlarında Azərbaycanda yaranıb, oradan şimala, şərqə və qərbə yayılıb. Kunos qeyd edir ki, Koroğlu hekayəsi Türkiyəyə Azərbaycandan yayılıb." "Hətta müasir ucuz nəşrləri də azərbaycan əsilli insanlar yazırdı. Bunun göstəricisi də bir çox Azərbaycan xüsusiyyətlərini özündə saxlayan məşhur nəşrlərin dilidir. Şimali Azərbaycandan əfsanələr silsiləsi digər Zaqafqaziya xalqlarına, o cümlədən gürcü, kürd, ermənilər kimi qeyri-türk dillərində danışan xalqlara da sirayət etmişdir. Buradan dastan Krım tatarlarına, Tobolsk tatarlarına və karaimlərə keçdi." Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır.
Koroğlu (1960)
== Məzmun == Qəhrəmanlıq kino dastanı əfsanəvi qəhrəman Koroğlu (Əfrasiyab Məmmədov) haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Burada Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən danışılır. == Film haqqında == Film geyim rəssamı Bədurə Əfqanlının kinoda ilk işidir. Film operator Şərif Şərifovun bədii kinoda ilk işidir. Film aktyor Ələddin Abbasovun kinoda ilk işidir. Film ilk rəngli tammetrajlı genişekranlı bədii filmdir. Filmin çəkilişi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-cı ildönümünə həsr edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sabit Rəhman Quruluşçu rejissor: Hüseyn Seyidzadə Quruluşçu operatorlar: Vladimir Meybom, Fyodor Dobronravov Rejissor: Məmməd Əlili Quruluşçu rəssam: Pyotr Veremenko Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Kərim Əmirov Mahnıların mətni: Zeynal Cabbarzadə, Tələt Əyyubov Geyim rəssamı: Bədurə Əfqanlı Dekor rəssamı: Eduard Abdullayev Quraşdırılmış səhnələrin operatoru: Nikolay Renkov Quraşdırılmış səhnələrin rəssamı: B. Noskov Qrim rəssamı: İ. Antimonov Rejissor assistenti: Ramiz Əliyev Montaj üzrə assistent: Y. Fomina Operator assistentləri: Şərif Şərifov, A. Baranov Çalır: Filmlər İstehsal edən İdarənin Simfonik Orkestri Dirijor: A. Roytman Filmin direktoru: Daniil Yevdayev Mahnı ifa edir: Şövkət Ələkbərova, Lütfiyar İmanov === Rollarda === Əfrasiyab Məmmədov — Rövşən (Koroğlu) Leyla Bədirbəyli — Nigar Ağadadaş Qurbanov — Həsən xan İsmayıl Dağıstanlı — Vəzir Mərziyyə Davudova — Dayə Əli Qurbanov — Aşıq Cünun; Alı kişi Tamilla Ağamirova — Alagöz Möhsün Sənani — Həmzə bəy Məmmədsadıq Nuriyev — Kosa Səfər Atamoğlan Rzayev — Dəli Həsən Əliağa Ağayev — Dəmirçi Muxtar Maniyev — Dəmirçi Polad; Çapar; Qapıçı Salman Dadaşov — Ərəb Reyhan Məlik Dadaşov — Bolu bəyi Əkbər Fərzəliyev — Eyvaz Givi Toxadze — Gürcü oğlu Ələddin Abbasov — Səfir Sergey Troitski - xacə Emmanuil Geller Dmitri Kipiani Məmməd Əlili — Əyan Aranbayev Muradov Abdullayeva Ceyhun Mirzəyev — Ceyhun İqnatyeva Rima Məmmədova Arif Mədətov — Dəmirçi == Şəkil == == Mənbə == “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964. Кино: Энциклопедический словарь / Гл. ред.
Koroğlu (abidə)
Naxçıvan şəhərində Koroğlu abidəsi - Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin cənub girişində xalq qəhrəmanının şərəfinə qoyulmuş abidə. Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltaraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.
Koroğlu (dəqiqləşdirmə)
Koroğlu — Türk xalqlarının yarımistik dastan qəhrəmanı. Koroğlu dastanı — Türk xalqlarının dastanı. Koroğlu (opera, Ü. Hacıbəyov) — Üzeyir Hacıbəyovun 1937-ci ildə yazdığı aşıq operası. Koroğlu (opera, Ə. Sayqun) — Əhməd Adnan Sayqunun 1973-cü ildə yazdığı opera. Koroğlu metrostansiyası — Bakı Metropolitenində stansiya. Koroğlu heykəli (Bakı) — Bakı şəhərində Koroğlu parkında 2012-ci ildə ucaldılmış heykəl, heykəltaraş Tokay Məmmədovun əsəri. Koroğlu heykəli (Xaçmaz) — Xaçmaz şəhərində 2012-ci ildə ucaldılmış heykəl. Adlar Koroğlu Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Koroğlu Vələdov — == Yer adları == Koroğlu qalası (Gədəbəy) — Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən qala. Koroğlu qalası (Tovuz) — Tovuz rayonun ərazisində yerləşən qala.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. == Tarixçə == Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.
Koroğlu Eposu
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Koroğlu Qasımov
Koroğlu Rəhimov
Koroğlu Rəhimov (31 oktyabr 1953, Xaçmaz, Vartaşen rayonu – 3 iyul 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, leytenant, "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri. Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olmuşdur. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə Ağdərə uğrunda olan döyüşlərdə həlak olmuşdur. Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda yerləşən Şəhidlər Xiyabanında dəfn edilib. Haqqında 2 film ekranlaşdırılmış, bir neçə məqalə, kitablar nəşr edilmiş və şeirlər dərc olunmuşdur. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub.
Koroğlu Vələdov
Koroğlu Namiq oğlu Vələdov – keçmiş azərbaycanlı futbolçu. == Həyatı == 1980-ci il avqustun 24-də Qazax şəhərində anadan olub. 1986–1997-ci illərdə şəhərin 1 saylı Tam Orta Məktəbində təhsil alıb.18 yaşından həvəskar futbola başlayan Koroğlu Vələdov 21 yaşından etibarən isə peşəkar futbola başlayıb. 2000-ci ildə Bosniyada UEFA-nın keçirdiyi Həvəskarlararası yarışda iştirak edib. Koroğlu 2002–2007-ci illərdə Qazaxın Göyəzən FK-da oynayıb. 2007–2008-ci illərdə isə Slovakiyada keçirilən Futbol yarışında Avey Ağstafa FK-nu təmsil edib.
Koroğlu dastanı
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Koroğlu ekstruzivi
== Haqqında == Koroğlu ekstruzivi Tovuzçayın sağ sahilində, Yuxarı Öysüzlü kəndinin yaxınlığında yerləşir. Riolitlərdən ibarət oval formalı bu günbəz təbiət abidəsi kimi ətraf alçaq təpəliyin fonunda 70–80 m yüksəlir və Kiçik Qafqazda gec təbaşir vulkanizmi məhsullarının (santon əsri) morfoloji əlamətlərini açıqaydın özündə əks etdirir. Obyekt yüksək estetik cazibədarlığı ilə fərqlənir və böyük elmi əhəmiyyət daşıyır. Ekstruzivin cənub yamacında riolitlərin sütunvari ayrılması müşahidə edilir, zirvədə isə Koroğlu dastanının əfsanəvi qəhrəmanının adı ilə bağlı olan orta əsr qalasının qalıqları yerləşir.
Koroğlu heykəli
Koroğlu heykəli (Bakı)
Koroğlu metrostansiyası
Koroğlu metrostansiyası (1967-2011-ci illərdə Məşədi Əzizbəyov metrostansiyası) — Bakı metrosunun Qırmızı xəttinin stansiyasıdır. Əsaslı təmirdən sonra 2011-ci ildə yenidən sərnişinlərin üzünə açılmışdır. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun, "Koroğlu" operasından fraqment səslənir. == Tarixi == Stansiya 1972-ci il noyabrın 6-da istismara verilmişdir. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi. 28 yanvar 2010-cu il tarixli Nazirlər Kabinetinin qərarı ilə iyul ayında stansiya yenidənqurma işlərinə başlamışdır. Stansiyanın yenidən qurulması 2011-ci ilin noyabr ayında başlanılıb. 30 dekabr 2011-ci ilə qədər stansiya mühəndis, ictimai xadim, inqilabçı olan Məşədi Əzizbəyov adını daşımışdır. == İstinadlar == == Xarici keçidlər == Koroğlu metrostansiyası İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş “Koroğlu” stansiyasının açılışında iştirak etmişdir.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Xalıq Koroğlu
Xalıq Hüseyn oğlu Koroğlu (1919-2002) — Azərbaycan türkoloqu, ədəbiyyatşünası, filologiya elmlər doktoru (1969), professor. Xalıq Koroğlu 24 yanvar 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Sərab şəhərindən köçmüş bir ailədə anadan olmuşdur. O, fars dilində təhsil verən Nizamiyyə mədrəsəsində oxumuşdur. Daha sonra Moskva Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirmişdir. Lakin Xalıq Koroğlu demək olar ki, həkim kimi fəaliyyət göstərməmişdir. Şərqşünas-alim olmaq istəyən Xalıq Koroğlu azərbaycanca, rusca, farsca, ərəbcə və türkməncəni mükəmməl bilirdi. Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu dövrdə, yəni 1944-1946-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi dərs demişdir. O, 1947-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə həmin universiteti bitirmişdir. Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu ərəfədə, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin yenə təhsilini davam etdirdiyi illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsini icra etmişdir.
"Koroğlu" dənizdə
Koroğlu (film, 1960)
== Məzmun == Qəhrəmanlıq kino dastanı əfsanəvi qəhrəman Koroğlu (Əfrasiyab Məmmədov) haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Burada Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən danışılır. == Film haqqında == Film geyim rəssamı Bədurə Əfqanlının kinoda ilk işidir. Film operator Şərif Şərifovun bədii kinoda ilk işidir. Film aktyor Ələddin Abbasovun kinoda ilk işidir. Film ilk rəngli tammetrajlı genişekranlı bədii filmdir. Filmin çəkilişi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-cı ildönümünə həsr edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sabit Rəhman Quruluşçu rejissor: Hüseyn Seyidzadə Quruluşçu operatorlar: Vladimir Meybom, Fyodor Dobronravov Rejissor: Məmməd Əlili Quruluşçu rəssam: Pyotr Veremenko Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Kərim Əmirov Mahnıların mətni: Zeynal Cabbarzadə, Tələt Əyyubov Geyim rəssamı: Bədurə Əfqanlı Dekor rəssamı: Eduard Abdullayev Quraşdırılmış səhnələrin operatoru: Nikolay Renkov Quraşdırılmış səhnələrin rəssamı: B. Noskov Qrim rəssamı: İ. Antimonov Rejissor assistenti: Ramiz Əliyev Montaj üzrə assistent: Y. Fomina Operator assistentləri: Şərif Şərifov, A. Baranov Çalır: Filmlər İstehsal edən İdarənin Simfonik Orkestri Dirijor: A. Roytman Filmin direktoru: Daniil Yevdayev Mahnı ifa edir: Şövkət Ələkbərova, Lütfiyar İmanov === Rollarda === Əfrasiyab Məmmədov — Rövşən (Koroğlu) Leyla Bədirbəyli — Nigar Ağadadaş Qurbanov — Həsən xan İsmayıl Dağıstanlı — Vəzir Mərziyyə Davudova — Dayə Əli Qurbanov — Aşıq Cünun; Alı kişi Tamilla Ağamirova — Alagöz Möhsün Sənani — Həmzə bəy Məmmədsadıq Nuriyev — Kosa Səfər Atamoğlan Rzayev — Dəli Həsən Əliağa Ağayev — Dəmirçi Muxtar Maniyev — Dəmirçi Polad; Çapar; Qapıçı Salman Dadaşov — Ərəb Reyhan Məlik Dadaşov — Bolu bəyi Əkbər Fərzəliyev — Eyvaz Givi Toxadze — Gürcü oğlu Ələddin Abbasov — Səfir Sergey Troitski - xacə Emmanuil Geller Dmitri Kipiani Məmməd Əlili — Əyan Aranbayev Muradov Abdullayeva Ceyhun Mirzəyev — Ceyhun İqnatyeva Rima Məmmədova Arif Mədətov — Dəmirçi == Şəkil == == Mənbə == “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964. Кино: Энциклопедический словарь / Гл. ред.
Koroğlu (film, 1968)
== Məzmun == Qəhrəmanlıq kino dastanı əfsanəvi qəhrəman Koroğlu (Cüneyt Arkın) haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Burada Türk xalqının zülmkarlara qarşı apardığı mübarizədən danışılır.
Koroğlu (film, 2003)
== Məzmun == == Film haqqında == Filmin beşinci hissəsi "Təkə türkmən qolu" adlanır. Film "Koroğlu dastanı" əsasında çəkilmişdir. Filmdə sənədli kadrlardan, aşıq deyimlərindən istifadə olunmuşdur.
Koroğlu heykəli (Bakı)
Azərbaycan xalq qəhrəmanı Koroğlunun Bakı şəhərində abidəsi — ucaldılması nəzərdə tutulan heykəl kompleksi. Müvafiq sərəncam 3 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. 2010-cu il yanvarın 21-də İlham Əliyev heykəltaraş Tokay Məmmədovun emalatxanasına baş çəkərək heykəlin maketi ilə tanış olub. Maket Bakı Şəhər İcra Hakimiyyətinə də təqdim olunub. T. Məmmədov xalq dastanımızın qəhrəmanı Koroğlunun obrazı üzərində on ildən çox işləyib. O, görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhrəman əsl cəngavər, sərkərdə, bahadur təsviri bağışlamalıdır. 24 dekabr 2010-cu ildə Prezident İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılması haqda sərəncam imzalayıb. Vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılacaq.